
UNI-V-nin arxası onun ən çox seçilən yeridir — kəskin künclü, ox formalı stop dizaynı bu maşını uzaqdan tanıdır. Bir tərəf zədələnəndə həmin xətt qırılır, maşının bütün görkəmi gedir.
Bu, UNI-V-nin qanadı üzərinə oturan orijinal LED stop fənəridir. İçində adi lampa yoxdur: qabarit, əyləc siqnalı və povorot ayrı-ayrı LED bloklarla işləyir. LED-in üstünlüyü də budur — lampa dəyişmək dərdi yoxdur, işıq illər keçdikcə tutqunlaşmır, cərəyan sərfi minimaldır.
Korpus hermetik yığılıb, birləşmə yerləri zavodda möhürlənib. Ona görə içinə su çəkmir, buğlanmır, linzanın içində damcı yığılmır — köhnə və keyfiyyətsiz stopların ən çox rast gəlinən problemi məhz budur. Tünd tonlu linza altındakı qırmızı həndəsi naxış zavod dizaynının eynisidir, dəyişdirəndən sonra sağ-sol fərqi gözə dəymir.
Arxa tərəfdəki bütün klips ayaqları, vint qulaqları və bərkidici nöqtələr zavod qəlibi ilə hazırlanıb — qanada birəbir oturur, boşluq qalmır, sürəndə cırıltı vermir. Konnektor orijinaldır: köhnəsini çıxarıb bunu taxırsınız, panelde xəta lampası yanmır, kodlaşdırma tələb olunmur. Usta işi 20-30 dəqiqədir.
Sol və sağ tərəf üçün ayrıca satılır, cüt götürənə güzəşt var. Sifarişlə gətirilir, VIN nömrəsi ilə uyğunluğu əvvəlcədən yoxlanılır ki, səhv hissə gəlməsin.
Açar sözlər: arxa stop, stop fənəri, stop farası, stop işığı, fanar, arxa fanar, qanad stopu, arxa qanad stopu, LED stop, tünd stop, smoke stop, arxa işıq, sol stop, sağ stop, changan uni v stop, uni-v arxa stopu, uni v fanarı, changan uniV stop işığı, uni v arxa işığı, çanqan uni v, chanqan uni-v, задний фонарь Changan UNI-V, стоп сигнал UNI-V, задний стоп, фонарь задний левый, фонарь задний правый, светодиодный фонарь UNI-V, тонированный фонарь, tail light Changan UNI-V, tail lamp, rear light, LED tail light, smoked tail light, left tail light, right tail light.
Digər adlar: arxa fara, stop, stop işığı, arxa stop, stoyka. Rusca: задний фонарь, стоп-сигнал, фара.