
Arxa stop maşının gecə görünən üzüdür. Bir tərəfi işləməyəndə həm görkəm gedir, həm də arxadan gələn sürücü sizi düz görmür — texniki baxışdan da keçmirsiniz. Bu hissə həmin problemi kökündən həll edir.
Bu, Q07-nin qanadı üzərinə oturan tam LED stop fənəridir. İçində adi lampa yoxdur — hər funksiya ayrıca LED bloklada işləyir: qırmızı qabarit zolağı, ağ geri vites işığı, povorot və stop siqnalı. LED-in üstünlüyü də elə budur: yanmır, işıq gücü illər keçdikcə zəifləmir, elektrik yükü azdır.
Korpus hermetik yığılıb, birləşmə yerləri zavodda möhürlənib. Ona görə içinə su çəkmir, buğlanmır, linzanın içində damcı yığılmır — köhnə və keyfiyyətsiz stopların ən çox rast gəlinən dərdi məhz budur. Xarici linza tünd tonlu (smoke) dizayndadır, Q07-nin arxasına premium və müasir görkəm verir.
Arxa tərəfdəki bütün klips, vint yuvaları və bərkidici ayaqlar zavod nöqtələri ilə birəbir üst-üstə düşür — deşik açmaq, kəsmək, əyri oturtmaq lazım gəlmir. Fiş orijinal konnektordur: köhnə stopu çıxarıb bunu taxırsınız, xəta lampası yanmır, kodlaşdırma tələb olunmur. Usta işi 20-30 dəqiqədir.
Sol və sağ tərəf üçün ayrıca satılır. Sifarişlə gətirilir, VIN nömrəsi ilə uyğunluğu əvvəlcədən yoxlanılır ki, səhv hissə gəlməsin.
Açar sözlər: arxa stop, stop fənəri, stop farası, stop işığı, fanar, arxa fanar, qanad stopu, arxa qanad stopu, LED stop, smoke stop, tünd stop, arxa işıq, sol stop, sağ stop, changan q07 stop, q07 arxa stopu, qiyuan q07 stop, changan qiyuan q07 arxa işığı, q07 fanarı, çanqan q07, chanqan q07, задний фонарь Changan Q07, стоп сигнал Q07, задний стоп, фонарь задний левый, фонарь задний правый, LED фонарь Qiyuan Q07, тонированный фонарь, tail light Changan Q07, tail lamp, rear light, LED tail light, smoked tail light, left tail light, right tail light.
Digər adlar: arxa fara, stop, stop işığı, arxa işıq. Rusca: задний фонарь, стоп-сигнал, фара.